Burkino-Fasoda qızıl mədənində uçqunda ən azı 11 nəfər ölüb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hökuməti məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 28-də Bam dairəsində mədəndə uçqun baş verib. Nəticədə 11 nəfər həlak olub, 3 nəfər yaralanıb. Yaralananlara lazımı yardım göstərilməsi üçün tədbirlər görülür.
Araşdırma aparılır.
Burkino-Faso qızıl hasilatına görə Afrikada dördüncü yerdədir.