Efiopiyada yük maşını aşıb, azı 16 nəfər ölüb

Efiopiyada yük maşını aşıb, azı 16 nəfər ölüb
# 03 fevral 2021 06:44 (UTC +04:00)

Efiopiyanın mərkəzində insanlarla dolu olan yük maşınının magistral yolda aşması nəticəsində azı 16 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yol qəzası Oromiya ştatının ərazisində baş verib. Bu barədə Qərbi Arsi (Neqele) bölgə polisinin rəsmi nümayəndəsi Məhəmməd Tekesa məlumat verib. Onun dediyinə görə, arxasında iyirmi nəfərin olduğu özüboşaldan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə 16 nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR