Liviyada qalıcı atəşkəs əldə olunub

Liviyada qalıcı atəşkəs əldə olunub
# 23 oktyabr 2020 14:16 (UTC +04:00)

Liviyada qalıcı atəşkəsin əldə olunması ilə bağlı razılaşma imzalanıb.

APA-nın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Liviya üzrə missiyası rəsmi "Facebook" səhifəsində məlumat verib.

BMT Liviya hərbi danışıqlarından sonra tərəflər arasında əldə olunan qalıcı atəşkəs razılaşmasını tarixi nailiyyət adlandırıb.

Detallar bəlli deyil, lakin tərəflər bu gün Cenevrədə atəşkəs razılaşmasının imzalanma mərasimində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR