MAR-da prezident və parlament seçkilərinə səsvermə başlayıb

MAR-da prezident və parlament seçkilərinə səsvermə başlayıb
# 27 dekabr 2020 10:49 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasında (CAR) prezident və parlament seçkilərində səsvermə başlayıb.

APA bildirir ki, bu barədə Mərkəzi Afrikanın SABC radiostansiyası məlumat verib.

Qeyd edilir ki, seçkilər gərgin siyasi atmosferdə keçirilir.

Müxalifətin Vətənpərvərlər Koalisiyası hakimiyyətdən seçkiləri təxirə salmağa tələb etsələr də buna nail olmayıblar.

Ölkənin Konstitusiya Məhkəməsi 26 dekabrda müxalifətin iddiasını rədd edib.

Hazırda seçkilərdə prezidentliyə 17 namizəd var.

Bunların arasında hazırkı dövlət başçısı Fosten-Arkanj Tuadera da var ki, onun daha çox şanslı olduğu bildirilir. O, ikinci dövr üçün yenidən prezident seçilmək istəyir.

Hazırkı prezidentin ən ciddi rəqibi “Mərkəzi Afrikanın Yenilənməsi Birliyi”nin lideri Anise- Corc Doloqele hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR