Malidə BMT sülhməramlısı avtomobilin partladılması nəticəsində ölüb

Malidə BMT sülhməramlısı avtomobilin partladılması nəticəsində ölüb
# 16 yanvar 2021 02:29 (UTC +04:00)

BMT-nin sülhməramlı qüvvələrinin bir hərbçisi Malinin şimal-şərqində edilmiş silahlı hücum nəticəsində ölüb, daha biri isə yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidəki Sabitlik üzrə Çoxölçülü Kompleks Missiyasının (MINUSMA) internet saytında məlumat yer alıb.

MINUSMA-nın məlumatına görə, missiyanın maddi-texniki təminat karvanındakı yanacaq çəni aparan avtomobilə qarşı partlayıcı qurğu ilə hücum həyata keçirilib.

“Partlayış nəticəsində iki sülhməramlı ağır yaralanıb. Onlardan biri, təəssüf ki, təxliyə zamanı aldığı xəsarətlərdən həyatını itirib”, - məlumatda belə ​​deyilir.

Bundan bir qədər sonra partlayış yerinin yaxınlığında başqa bir partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR