Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
# 28 mart 2021 13:34 (UTC +04:00)

Misirin paytaxtı Qahirədə çökən çoxmərtəbəli yaşayış binasının dağıntıları altından 22 nəfərin cəsədi çıxarılmışdı. Hazırda ölənlərin sayı 25 nəfərə çatıb.

APA bildirir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, hadisə nəticəsində 24 nəfərin xəsarət aldığı qeyd edilir.  

Saat 03:24

Misirin paytaxtı Qahirədə çökən çoxmərtəbəli yaşayış binasının dağıntıları altından 22 nəfərin cəsədi çıxarılıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə gecə yarısı baş verib. 

Xilasetmə işləri davam etdirilir. Hələlik 30 nəfərin xəsarət aldığı bildirilib.

Prokurorluq hadisə yerində binanın çökmə səbəblərini araşdırır. İlkin məlumata görə, üst mərtəbədə yaşayan ev sahibi qanunsuz olaraq binaya daha iki mərtəbə artırıb. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR