Misirdə iki avtobusun toqquşması nəticəsində 7 nəfər ölüb

Misirdə iki avtobusun toqquşması nəticəsində 7 nəfər ölüb
# 17 dekabr 2020 04:09 (UTC +04:00)

Misirin mərkəzi Sohaq əyalətində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Akhbar el-Yom” portal məlumat yayıb.

Məlumata görə, Kena şəhərindən paytaxt Qahirəyə gedən sərnişin avtobusu ölkənin şimalındakı Mersa-Matruh şəhərindən əl-Balabiş kəndinə gedən mikroavtobusla toqquşub. Nəticədə yeddi nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR