Mozambikin Palma şəhərində silahlı qruplaşmalar onlarla insanı öldürüb

Mozambikin Palma şəhərində silahlı qruplaşmalar onlarla insanı öldürüb
# 29 mart 2021 00:27 (UTC +04:00)

Mozambikin şimal-şərqindəki Palma şəhərinə edilən terror hücumu zamanı onlarla insan öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Omar Saranqa brifinqdə bildirib.

Onun “Reuters” agentliyinə verdiyi məlumata görə, ölənlərdən yeddisi avtomobil karvanında olub və silahlılar tərəfindən pusquya düşürülərək öldürülüb. Yerli sakinlərin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Bundan əvvəl “France-Presse” agentliyi bildirmişdi ki, 180-ə yaxın xarici mütəxəssis Palmanı tərk etmək istəsə də, ekstremistlərin yolda onların qarşısını kəsib. 17 maşından cəmi yeddisi təhlükəsiz yerə çatmağı bacarıb.

Mozambikin “El Pais” qəzeti də öz növbəsində Saranqaya istinadən yazır ki, “Palma bölgəsində axtarış əməliyyatları aparılır və məqsəd ölkənin bu bölgəsində asayişi, təhlükəsizliyi bərpa etməkdir”. Palmadan 10 kilometr məsafədə qaz emalı ilə məşğul olan Fransanın “Total” energetika qrupu bütün işləri dayandırdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR