Nigerdə dövlət çevrilişinin qarşısı alınıb

Nigerdə dövlət çevrilişinin qarşısı alınıb
# 31 mart 2021 20:34 (UTC +04:00)

Nigerdə dövlət çevrilişinə cəhd edilib. 

APA RİA Novostiy-ə istinadən xəbər verir ki, bunu Niger hökuməti təsdiqləyib. 

Bildirilib ki, dövlət çevrilişinə cəhdlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl yerli KİV çərşənbə günü gecə, təxminən saat 03:00-da prezident sarayının yaxınlığında atəş səsləri eşidilib.

Naməlum şəxslər tərəfindən iriçaplı silahlardan atəş açılıb. Təhlükəsizlik qüvvələri cavab atəşi açsalar da, bir saat sonra vaxtaşırı şəhərin müxtəlif nöqtələrində silahlı insident davam edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR