Nigeriyada terrorçular 70 fermeri öldürüb

Nigeriyada terrorçular 70 fermeri öldürüb
# 29 noyabr 2020 19:43 (UTC +04:00)

28 noyabrda Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının üzvlərinin hücumu nəticəsində 70 fermer öldürülüb.

APA xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Ayavil Borno əyalət valisi Babağanan Ömər Zulum bildirib ki, bu gün hadisə yerində olub.

Onun sözlərinə görə, radikal qruplaşmasının üzvləri günahsız insanları düyü sahəsində işləyərkən öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR