Nigeriyada yol qəzasında 20 nəfər yanaraq ölüb

Nigeriyada yol qəzasında 20 nəfər yanaraq ölüb
# 11 yanvar 2021 01:11 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində yerləşən Bauçi əyalətində 20 nəfərin ölümü ilə nəticələnən ağır yol hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat dərc edib.

Borno əyalətindəki Maiduquri şəhərinə gedən avtobusla Bauçi istiqamətində hərəkət edən minik avtomobilinin toqquşması nəticəsində 20 nəfər yanaraq ölüb, 2 nəfər yaralanıb.

Yerli polisinin nümayəndəsi Əhməd Vakilin məlumatına görə, hadisə yerli vaxtla saat 15.00-da Tirvun ərazisində qeydə alınıb.

Qəza zamanı avtobusda 18 nəfər, avtomobildə isə 4 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR