Somalidə stadionda törədilmiş partlayış zamanı azı 10 nəfər ölüb - YENİLƏNİB

Somalidə stadionda törədilmiş partlayış zamanı azı 10 nəfər ölüb - YENİLƏNİB
# 19 dekabr 2020 06:07 (UTC +04:00)

Somalinin mərkəzi Qalkayo şəhərindəki stadionda baş vermiş güclü partlayış nəticəsində azı 10 nəfər ölüb. Onların arasında üç yüksək rütbəli zabit də var.

APA xəbər verir ki, bu barədə Somalinin “Shabelle” radiostansiyası məlumat yayıb.

Məlumata görə, partlayış ölkənin baş naziri Məhəmməd Hüseyn Roblenin stadiona gözlənilən gəlişindən bir qədər əvvəl baş verib. Partlayışın terror hücumu həyata keçirən kamikadze tərəfindən törədildiyi bildirilir. Onun “Əş-Şabab” terror qrupu ilə əlaqəsinin olduğu deyilir.

***

Saat 20:52

Somalinin mərkəzi Qalkayo şəhərindəki stadionda güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə yerli “Goobjoog News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında üç yüksək rütbəli hərbçi var – Qalkayodakı “Danab” xüsusi təyinatlı qüvvələrinin elit briqadasının komandiri general Muxtar, onun müavini general Marşo və 21-ci zərbə diviziyasının komandiri general Koce Daqari də var. Partlayış ölkənin baş naziri Məhəmməd Hüseyn Roblenin stadiona gəlişindən bir qədər əvvəl qeydə alınıb.

Federal hökumətin başçısı Abdullah İssa adına stadionda çıxış etməli idi. Baş nazir qarşıdan gələn parlament və prezident seçkiləri ilə əlaqədar səfərlər edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR