Tanzaniya Prezidentinin vida mərasimində ölənlərin sayı 45 nəfərə çatıb

Tanzaniya Prezidentinin vida mərasimində ölənlərin sayı 45 nəfərə çatıb
# 30 mart 2021 13:28 (UTC +04:00)

Tanzaniyanın Dar-əs-Salam şəhərində Uhuru stadionunda Prezident Con Maqufuli ilə vida mərasimində yaranan izdihamda ölənlərin sayı artıb.

APA-nın “The East African” saytına istinadən verdiyi xəbərə görə, martın 21-də keçirilən vida mərasimində yaranan izdihamda ölənlərin sayı 45 nəfərə çatıb, 37 nəfər isə xəsarət alıb.

Tanzaniya polisi bildirib ki, vida mərasimində iştirak etmək istəyənlər stadiona müxtəlif yollarla daxil olmağa çalışıb. 

Xatırladaq ki, Tanzaniya Prezidenti Con Maqufuli martın 18-də vəfat edib. 62 yaşlı liderin ölüm səbəbləri barədə məlumat verilməyib. Ölkənin müxtəlif şəhərlərində Maqafuli ilə vida mərasimi keçirilib. O, martın 26-da dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR