Uqandada göldə qayığın aşması nəticəsində ən azı 30 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.
Bildirilib ki, hadisə dekabrın 22-si Albert gölündə qeydə alınıb.
Balıqçılara məxsus qayıqda 47 nəfər olub.
Hadisə nəticəsində 30 nəfər ölüb, 12 nəfərin həyatını xilas etmək mümkün olub, yerdə qalanlar isə itkin düşüb.