Zambiyada yol qəzasında 12 nəfər ölüb

Zambiyada yol qəzasında 12 nəfər ölüb
# 07 mart 2020 03:42 (UTC +04:00)

Zambiyada cümə günü sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Zambia 24” xəbər portalı məlumat yayıb.

Qəza Zambiyanın ikinci böyük şəhəri olan Ndolada baş verib. Yol Təhlükəsizliyi Milli Agentliyinin direktoru Gladvell Banda bildirib ki, yük maşınının sürücüsü qarşısına çıxan maneədən yayınmağa çalışarkən qarşıdakı zolağa çıxıb və avtobusla toqquşub.

Onun sözlərinə görə, 11 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.

Yük maşınının sürücüsü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR