Atlantik okeanında mühərriki nasaz olan gəmidə 47 miqrant aclıqdan ölüb

Atlantik okeanında mühərriki nasaz olan gəmidə 47 miqrant aclıqdan ölüb
# 17 avqust 2021 22:57 (UTC +04:00)

Kanar adalarına çatmağa çalışan 50-dək miqrant gəmidə aclıqdan və susuzluqdan ölüb.

APA xəbər verir ki, bu barədə “Pais” qəzeti Beynəlxalq Miqrasiya Təşkilatına istinadən yazıb.

Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Gəmi sulara açıldıqdan bir-iki gün sonra Atlantik okeanında mühərriki sıradan çıxıb. Bir neçə gün sonra gəmidə qida və su ehtiyatı tükənib və miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.

Ötən gün gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib. Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin – bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR