Avropaya üzməyə çalışan azı 57 miqrant onları daşıyan qayığın çevrilməsi nəticəsində Liviya sahillərində batıblar.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mətbuat katibi Səfa Msehli “Twitter” səhifəsindəki paylaşımında bildirib.
“Bu gün Liviya sahillərində, Homs şəhəri yaxınlığında qayığın çevrilməsi nəticəsində azı 57 nəfər ölüb. Sağ qalaraq balıqçılar və sahil mühafizəsi xidməti tərəfindən sahilə çıxarılanların dediyinə görə, boğulanlar arasında azı 20 qadın və iki uşaq da olub”, - təşkilat rəsmisi belə deyib.