Beyrutdakı silahlı toqquşmalarla bağlı 9 nəfər saxlanılıb

Beyrutdakı silahlı toqquşmalarla bağlı 9 nəfər saxlanılıb
# 14 oktyabr 2021 21:22 (UTC +04:00)

Livan ordusu paytaxt Beyrutda silahlı toqquşmalarda iştirak etməkdə şübhəli bilinən 9 nəfərin saxlanıldığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı ölkənin Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

“Beyrutda baş verən toqquşmalarla əlaqədar doqquz nəfər, həmçinin bir suriyalı həbs olunub”, - məlumatda belə deyilir.

Kommünikedə qeyd olunur ki, həbslər Livanın paytaxtında atəş açan şəxslərin tapılması istiqamətində aparılan xüsusi reydlər zamanı baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR