Burkina-Fasoda silahlılar kəndə hücum edərək azı 138 nəfəri öldürüblər

Burkina-Fasoda silahlılar kəndə hücum edərək azı 138 nəfəri öldürüblər
# 06 iyun 2021 07:10 (UTC +04:00)

Burkina-Fasonun şimal-şərqində Solhan kəndinə silahlı qruplaşma tərəfindən hücum edilib.

APA “Frans Press”ə istinadən xəbər verir ki, hücum nəticəsində ölənlərin sayı 138 nəfərə yüksəlib.

Öldürülənlərdən 7-si uşaqdır. Silahlılar evləri və kənd bazarını yandırıblar.

Bildirilib ki, 2015-ci ildən bəri bu, ən çox insanın öldürüldüyü hücum olub.

Yerli hökumət ölkədə üç günlük milli matəm elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR