CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 117 nəfərə çatıb

CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 117 nəfərə çatıb
# 16 iyul 2021 06:12 (UTC +04:00)

Cənubi Afrika Respublikasında iyulun 9-dan KvaZulu-Natal əyalətində başlayan və daha sonra qonşu Qautenq rayonunda keçirilən iğtişaşlar zamanı ümumilikdə 117 nəfər ölüb.

APA xəbər verir ki, bunu respublikasının Kiçik Biznesin İnkişaf naziri Kumbudzo Ntşaveni açıqlayıb.

Nazir bildirib ki, təkcə KvaZulu-Natalda keçirilən icazəsiz nümayişlərdə 91 nəfər ölüb, 1478 nəfər həbs edilib: Paytaxtın Qautenq bölgəsində isə 26 nəfər ölüb. Hazırda Qautenqdə vəziyyət sabitləşib. Bu gün ərzində polislə qarşıdurmalarda altı nəfər ölüb”.

Nazir əlavə edib ki, KvaZulu-Natalda qeyri-sabit vəziyyət qalmaqdadır: Son gündə bu rayonda 39 ölüm qeydə alınıb, 392 nəfər həbs edilib”.

Qeyd edək ki, CAR-ın Dövlət Təhlükəsizlik Nazirinin müavini Zizi Kodva hökumətin hər iki əyalətdə vəziyyəti nəzarət altına almağı bacardığını bildirib.

Qeyd edək ki, ötən cümə günündən bəri iyulun 8-də həbs edilən keçmiş dövlət başçısı Jakob Zumanın tərəfdarları KvaZulu-Natal vilayətində etiraz əlaməti olaraq yolları bağlamağa başlayıb. Keçmiş rəhbərin sərbəst buraxılması üçün “Azad Zuma” kampaniyası elan edilərək əyalət sakinlərini etirazlara qoşulmağa çağırış ediblər. Nümayişlər hər yerdə iğtişaşlara çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR