CAR-ın Feniks şəhərində qarşıdurmalar zamanı ölənlərin sayı 36-ya çatıb

CAR-ın Feniks şəhərində qarşıdurmalar zamanı ölənlərin sayı 36-ya çatıb
# 04 avqust 2021 06:47 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) Feniks şəhərində etniklərarası qarşıdurmanın səbəb olduğu iğtişaş qurbanlarının sayı 36-ya çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə CAR-ın polis işləri üzrə naziri Bheki Sele bildirib.

Yerli mətbuatın yazdığına görə, keçmiş prezident Ceykob Zumanın Kvazulu-Natal əyalətinin Feniks şəhərində həbs olunmasından sonra yerli əhali ilə hindi icmasının nümayəndələri arasında münasibətlər kəskinləşib. İddia olunur ki, sonuncular qaradərili afrikalıların şəhər mərkəzinə girməsinə maneə olmaq və bəzi hallarda onlara qarşı döyüşmək üçün özünümüdafiə dəstələri yaradıblar. Qarşıdurmalar zamanı 20 nəfərin öldüyü bildirilir.

Nazirin sözlərinə görə, ölən 36 nəfərdən 30-u güllə yarasından ölüb: “İki nəfər yandırılaraq, biri bıçaqlanaraq öldürülüb, digəri isə maşınla vurulub”.

Şəhərdəki qətllərin araşdırması ilə bağlı 20-dən çox şübhəli saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR