Efiopiyada qayığın çevrilməsi nəticəsində azı 13 nəfər itkin düşüb

Efiopiyada qayığın çevrilməsi nəticəsində azı 13 nəfər itkin düşüb
# 19 iyul 2021 03:34 (UTC +04:00)

Efiopiyanın Amhara ştatında yerləşən Tana gölündə qayığın çevrilməsi nəticəsində azı 13 nəfər itkin düşmüş hesab olunur.

APA xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı qayıqda 13 nəfər olub. Bundan başqa, onun göyərtəsində böyük yük daşınırmış.

Xilasedicilər hazırda itkin düşmüş şəxslərin axtarışlarını davam etdirir. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR