Əlcəzair Fransadakı səfirini geri çağırıb

Əlcəzair Fransadakı səfirini geri çağırıb
# 03 oktyabr 2021 01:57 (UTC +04:00)

Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

APA xəbər verir ki, bu barədə Algerie Presse Service” agentliyi prezident administrasiyasına istinadən məlumat yayıb.

Əlcəzair hakimiyyətinin hansı səbəbdən belə bir addım atdığı məlum deyil, yalnız qeyd olunub ki, bəyanatın tam mətni daha sonra dərc olunacaq.

Ehtimal olunur ki, Əlcəzairin səfirini geri çağırması Parisin əlcəzairlilərə verilən viza sayını yarıya endirmək barədə qərarının səbəb olduğu böhran fonunda baş verib. Mərakeşə də təsir edən belə bir qərar sentyabrın 29-da Fransanın daxili işlər naziri Jerald Darmanen tərəfindən elan olunub. Direktiv Tunisə də aiddir, lakin bu ölkə vətəndaşlarına viza verilməsi 30% azaldılıb. Fransanın xarici işlər naziri bildirib ki, bu ölkələrə qarşı belə bir addım atmaqda məqsəd onları aralarında dini radikalların da olduğu öz vətəndaşlarını geri çağırmağa vadar etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR