Əlcəzair prezidenti səfirin Fransadan geri çağırılmasının səbəbini açıqlayıb

Əlcəzair prezidenti Əbdülməcid Təbbun

© APA | Əlcəzair prezidenti Əbdülməcid Təbbun

# 03 oktyabr 2021 05:42 (UTC +04:00)

“Əlcəzairin Parisdəki səfirinin geri çağırılması qərarı Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz açıqlamalarından sonra verilib, ölkənin daxili işlərinə müdaxilə edilə bilməz”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əlcəzair prezidenti Əbdülməcid Təbbun bildirib.

Əlcəzair lideri vurğulayıb ki, ölkəsi “onun daxili işlərinə hər hansı müdaxiləni qəti şəkildə qəbul edə bilməz”.

Qeyd edək ki, E.Makron şənbə günü “Le Monde” qəzetinə verdiyi müsahibədə bildirib ki, Əlcəzair “rəsmi tarixə” malikdir və o, “tamamilə yenidən yazılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR