Əlcəzairin daha bir sabiq Prezidenti vəfat edib

Abdelkader Bensalah

© APA | Abdelkader Bensalah

# 22 sentyabr 2021 13:59 (UTC +04:00)

Əlcəzairin sabiq Prezidenti Abdelkader Bensalah vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Al-Ain” məlumat yayıb.

O, paytaxtda yerləşən hərbi hospitallardan birində uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

Abdelkader Bensalah konstitusiyaya əsasən parlamentin yuxarı palatasının sədri olaraq kütləvi etirazlar fonunda istefa vermiş Əbdüləziz Buteflikanın postunu tutub.

O, 2019-cu ilin aprelin 2-dən dekabrın 19-na qədər Əlcəzairin müvəqqəti Prezidenti olub.

Xatırladaq ki, sentyabrın 17-də sabiq Prezident Əbdüləziz Buteflika vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR