Keniyada hərbi vertolyot qəzaya uğrayıb, 10 nəfər ölüb

Keniyada hərbi vertolyot qəzaya uğrayıb, 10 nəfər ölüb
# 24 iyun 2021 16:16 (UTC +04:00)

Keniyada bu gün hərbçi vertolyot qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə yerli “Daily Nation” qəzeti Müdafiə qüvvələrinin rəsmi nümayəndəsi Zipporu Kiokoya istinadən məlumat yayıb.

Ölkənin cənubunda Keniya Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun sərt eniş etməsi nəticəsində ən azı 10 hərbi qulluqçu ölüb, 13 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR