Konqoda silahlılar 17 sakini öldürüb

Konqoda silahlılar 17 sakini öldürüb
# 03 avqust 2021 18:01 (UTC +04:00)

Konqo Demokratik Respublikasının şərqində "Demokratik Qüvvələr İttifaqı" (ADF) terror qruplaşmasının silahlıları tərəfindən azı 17 nəfər öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə Konqonun "Aktuality" xəbər portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, avqustun 2-də İturi əyalətinin İrumu rayonundakı Zunguluka kəndinə terrorçular thücum edib. İlkin ehtimallara görə, ikisi uşaq olmaqla 17 nəfər öldürülüb.

Silahlı qüvvələrin İturidəki rəsmi nümayəndəsi bildirib ki, ordu qüvvələri yaraqlıları təqib edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR