Livanda 145 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb

Livanda 145 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb
# 24 iyun 2021 06:14 (UTC +04:00)

Livanda 145 yanacaqdoldurma məntəqəsi ölkədəki yanacaq böhranı fonunda fəaliyyətini dayandırıb.

APA “Sputnik”ə istinadən xəbər verir ki, məntəqə sahibləri işçilərinə edilən fiziki hücumların qarşısını almaq məqsədilə bu addımı atdıqlarını bildiriblər.

Qeyd edək ki, Livan mediasında və sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsinin işçilərinin avtomobilləri yanacaqla təmin etməkdən imtina etməsindən sonra kütləvi davaları, eləcə də silahlı qarşıdurmaları əks etdirən videolar yayılıb.

"Problem həll olunmur, vətəndaşlar arasında davamlı qarşıdurmalar və işçilərə qarşı güc tətbiq edilməsi səbəbi ilə əməkdaşlarımızın təhlükəsizliyini qorumaq üçün işləməkdən imtina edirik. 

Xatırladaq ki, Livanda bir neçə aydır ki, yanacaq çatışmazlığı hökm sürür. Benzin qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələri yalnız günortaya qədər işləyir. Bir avtomobilə maksimum 25 litrə qədər yanacaq verilir. Bu səbəbdən məntəqələrin qarşısında uzun tıxaclar yaranır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR