Malidə partlayış zamanı BMT-nin sülhməramlısı ölüb

Malidə partlayış zamanı BMT-nin sülhməramlısı ölüb
# 03 oktyabr 2021 01:14 (UTC +04:00)

BMT-nin Malidə yerləşdirdiyi sülhməramlı missiyasının bir əməkdaşı partlayıcı qurğunun partlaması nəticəsində ölüb, daha üçü isə ağır yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin Malidəki xüsusi nümayəndəsi, BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Sabitlik Missiyasının (MINUSMA) rəhbəri Əl-Qassim Vane bildirib.

“Qruplarımızdan birinə qarşı əldəqayırma partlayıcı qurğu edilmiş hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb”, - deyə o, şəxsi "Twitter" səhifəsində yazıb.

Vane hadisənin Əlcəzairlə sərhəd yaxınlığında, Malinin şimal-şərqindəki Tesalit şəhəri ərazisində baş verdiyini bildirib.

Ölən sülhməramlının hansı ölkədən olduğu açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR