Malidə yol qəzası nəticəsində 37 nəfər ölüb

Malidə yol qəzası nəticəsində 37 nəfər ölüb
# 04 avqust 2021 07:22 (UTC +04:00)

Malinin Sequ vilayətində baş vermiş yol qəzasında azı 37 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Malinin “Essor” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Sequ şəhərinin inzibati mərkəzindən 20 kilometr aralıqda baş verib. Qəza nəticəsində 37 nəfər həyatını itirib. Bundan başqa, bir neçə nəfər xəsarət alıb.

Yerli “Mali24.info” portalının məlumatına görə, hadisə zamanı avtobus və yük maşını toqquşub. Qəzaya səbəb yük maşınının təkərinin sıradan çıxması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR