Mərakeşdə peyvənd pasportu olmayan sərnişinlər hava limanına buraxılmır

Mərakeşdə peyvənd pasportu olmayan sərnişinlər hava limanına buraxılmır
# 27 oktyabr 2021 04:42 (UTC +04:00)

Mərakeş hava limanına yalnız peyvənd pasportunu təqdim etməklə daxil olmaq mümkündür.

APA xəbər verir ki, bu barədə yerli “Medias24” informasiya portalı məlumat yayıb.

Krallığın Milli Hava Limanları Administrasiyası məlumatı təsdiqləyib: “Peyvənd pasportu və ya peyvənd pasportundan azad edilən sanitar icazə olmadan sərnişinlər nə hava limanına gedə, nə də səyahət edə bilərlər”.

Qeyd edək ki, ölkədə oktyabrın 21-dən mehmanxana, turizm obyektlərinə, restoran və kafelərə, qapalı məkanlara, ticarət yerlərinə, idman zallarına, hamamlara daxil olmaq üçün peyvənd pasportu tələb olunur. Bundan əlavə, yalnız bu sənəd təqdim edildikdən sonra, siz şəxsi və ya ictimai nəqliyyatla Mərakeşin prefekturaları və əyalətləri arasında hərəkət edə, həmçinin xaricə səyahət edə bilərsiniz.

Qeyd edək ki, bundan əvvəl hökumət koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə 2020-ci il martın 20-dən tətbiq edilən fövqəladə sanitar rejiminin müddətini oktyabrın 31-dək uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR