Mərakeşdə yeni hökumətin üzvləri açıqlanıb

Mərakeşdə yeni hökumətin üzvləri açıqlanıb
# 07 oktyabr 2021 23:38 (UTC +04:00)

Sentyabrın 8-də keçirilən parlament seçkilərindən sonra Mərakeşdə yeni hökumət qurulub.

APA “Maghreb Arabe Presse”ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Əziz Axennuş rəhbərlik edəcək.

Ümumilikdə kabinetə 24 nazir daxil edilib ki, onlardan yeddisi qadındır.

Nasser Burita xarici işlər naziri, Abdeluafi Laftit daxili işlər naziri postunda saxlanııb. Abdellatif Ludi baş nazirin milli müdafiə məsələləri üzrə nümayəndəsi olacaq.

Ədliyyə Nazirliyinə Abdellatif Vəhbi, Sənaye və Ticarət Nazirliyinə isə Riyad Mezzur rəhbərlik edəcək.

Qeyd edək ki, cümə axşamı yeni hökumətin üzvləri Mərakeş kralı VI Məhəmməd qarşısında and içiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR