Mərkəzi Afrika Respublikasında baş verən partlayışda 3-ü rus olmaqla, 5 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında baş verən partlayışda 3-ü rus olmaqla, 5 nəfər ölüb
# 30 may 2021 23:35 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasında (MAR) kustar üsulla hazırlanmış partlayıcının işə düşməsi nəticəsində üç rus və iki yerli polis əməkdaşı plüb.

APA “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə CAR hökumətinin rəsmisi Anj Maksim Kazaqi bildirib.

Kazaqi əlavə edib ki, ölənlərdən əlavə, 4 nəfər yaralanıb.

Hadisə ölkənin paytaxtı Banqui şəhərindən 400 km şimal-qərbdə, Berberati və Bouar şəhərləri arasındakı yolda maşın karvanı hərəkətdə olarkən baş verib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR