Nigerdə naməlum şəxslərin məscidə hücumu nəticəsində 10 nəfər ölüb

Nigerdə naməlum şəxslərin məscidə hücumu nəticəsində 10 nəfər ölüb
# 14 oktyabr 2021 08:39 (UTC +04:00)

Nigerin cənub-qərb hissəsində naməlum şəxslər məscidə hücum edərək azı 10 nəfəri öldürüblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli “Studio Kalangou” radiosu şahidlərə istinadən məlumat yayıb.

Hadisə Tillaberi bölgəsində, “üç sərhəd zonası” adlanan ərazidə – Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Bölgədə İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar üstünlük təşkil edir.

Məlumata görə, iki motosikletlə hücum edənlər axşam namazı zamanı kəndə giriblər. Məsciddə 10 nəfər öldürülüb.

“Agence France-Presse” hücumla əlaqədar bəzi Tillaberi departamentlərində motosikletlərdə hərəkətin qadağan edildiyini yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR