Nigerdə yaraqlılar 18 hərbçini öldürüb

Nigerdə yaraqlılar 18 hərbçini öldürüb
# 02 avqust 2021 14:35 (UTC +04:00)

Nigerdə ən azı 18 hərbçi yaraqlılar tərəfindən öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Radio France internationale” Nigerin hərbi komandanlığına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, yaraqlılar iyulun 31-də Burkino-Faso ilə sərhədə yaxın Torodi rayonunda hərbçiləri iki yerdə pusquya salıb.

Niger Müdafiə Nazirliyindən bildirilib ki, atışma nəticəsində 18 hərbçi həlak olub, 7-si yaralanıb, 6-sı itkin düşüb.

Hazırda hökumət qüvvələri Torodi rayonunda terror qruplaşmalarına qarşı irimiqyaslı əməliyyatlar həyata keçirir. Əməliyyatlara Hərbi Havva Qüvvələri də cəlb olunub.

Mali, Niger və Burkino-Fasonun sərhədlərinin kəsişdiyi region Qərbi Afrikada beynəlxalq terrorizmin əsas mərkəzlərindən sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR