Nigeriya lideri “Twitter”dəki postunun silinməsinə münasibət bildirib

Muhammadu Buxari, Nigeriya Prezidenti

© APA | Muhammadu Buxari, Nigeriya Prezidenti

# 06 iyun 2021 10:17 (UTC +04:00)

Nigeriya Prezidenti Muhammadu Buxari, “Twitter”dəki yazısının silinməsindən məyus olduğunu qeyd edib.

APA bildirir ki, bununla bağlı Prezidentin mətbuat katibi açıqlama verib.

Açıqlamada qeyd olunur ki, sosial şəbəkədəki bu cür "senzura" Nigeriyanın üzləşdiyi çətinliklərin səhv başa düşülməsinə əsaslanır.

Nigeriyanın telekomunasiya operatorları 5 iyun tarixindən hökumətin verdiyi əmrdən sonra ölkədə “Twitter”ə girişləri dayandırdıqlarını açıqlayıblar.

Belə ki, ölkədə “Twitter”ə giriş qeyri-müəyyən müddətə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR