Nigeriyada 12 milyondan çox uşaq qaçırılma qorxusu səbəbindən məktəbə getmir

Nigeriyada 12 milyondan çox uşaq qaçırılma qorxusu səbəbindən məktəbə getmir
# 28 oktyabr 2021 04:15 (UTC +04:00)

Nigeriyada 12 milyondan çox uşaq silahlılar tərəfindən qaçırılmaq qorxusu səbəbindən məktəbə getmir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Məhəmməd Buxari bildirib.

"Hazırda 12 milyondan çox uşaq travma alır və məktəbə getməkdən qorxur, xüsusən də qızlar. Oğurluq, silahlıların fəallığının artması, məktəblərdə ümumən təhlükəsizliyin təmin edilməməsi kimi təhsil sisteminə qarşı davamlı hücumlar vəziyyəti daha da gərginləşdirib”, deyə prezident vurğulayıb.

Ölkə başçısı əlavə edib ki, məktəblilərin qaçırılması, oğurlanması onların sinif yoldaşlarının, müəllimlərin psixikasını zədələyir, nəticədə dərslərə daha az diqqət yetirir.

Qeyd edək ki, son bir neçə ildə Nigeriyada pul qarşılığında məktəblilərin kütləvi oğurlanması davam edir. Dekabrdan bəri ölkədə 1000-dən çox şagird qaçırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR