Nigeriyada göyərtəsində general və 7 hərbçinin olduğu hərbi təyyarə qəzaya uğrayıb

Nigeriyada göyərtəsində general və 7 hərbçinin olduğu hərbi təyyarə qəzaya uğrayıb
# 22 may 2021 02:11 (UTC +04:00)

Cümə günü axşam saatlarında Nigeriyanın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus hərbi təyyarə Kaduna şəhərinin hava limanında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ölkənin HHQ-nin “Twitter” səhifəsində məlumat verilib.

Hadisənin səbəbləri araşdırılır. Ölən və yaralılar barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Reuters-in mənbələrə istinadən verdiyi xəbərə görə, qəzada Nigeriya Silahlı Qüvvələrinin quru qüvvələri qərargah rəisi general-leytenant İbrahim Attairu ölüb.

Yerli “The Punch” qəzeti isə qəzanın araşdırılması bürosunun rəhbərinə istinad edərək yazıb ki, təyyarənin göyərtəsində olan 7 nəfər də ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR