Nigeriyada qayığın aşması nəticəsində ölənlərin sayı 70-ə çatıb

Nigeriyada qayığın aşması nəticəsində ölənlərin sayı 70-ə çatıb
# 29 may 2021 00:27 (UTC +04:00)

Mayın 26-da Nigeriyanın Niger çayında gəminin aşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kebbi ştatının rəsmi nümayəndəsi Abubakar Dakinqari açıqlayıb.

Reuters-in Dakinqarinin sözlərinə istinadən yaydığı xəbərə görə, indiyədək çaydan 76 nəfərin cəsədi çıxarılıb, 22 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, 150 sərnişinin olduğu gəmi Tunqan Mayrakumi kəndindən Birnin Kebbi qəsəbəsindəki bazara istiqamətlənib. Yolun yarısında gəmi aşıb.

Ölkə səlahiyyətliləri ilkin versiya kimi hadisəyə səbəb kimi gəminin göyərtəsində nəzərdə tutulmuş saydan çox insanın olmasını göstərir. Araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR