Nigeriyada quldurlar altı kəndə hücum edərək 53 sakini öldürüblər

Nigeriyada quldurlar altı kəndə hücum edərək 53 sakini öldürüblər
# 13 iyun 2021 08:26 (UTC +04:00)

Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında mal-qara oğruları altı kənddə 53 sakini öldürüblər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ştat polisinin nümayəndəsi Məhəmməd Şehu bildirib.

“Zurmi rayonunda altı kənd keçən cümə axşamı və cümə günü cinayətkar dəstə tərəfindən hücuma məruz qalıb və nəticədə 53 əkinçi öldürülüb. Zurmiyə əlavə polis qüvvələri göndərilib”, - deyə yerli “Vanguard” qəzeti ondan sitat gətirib.

Şehunun sözlərinə görə, motosikllərlə hərəkət edən cinayətkarlar mal-qara oğurluğu ilə məşğul olurlar.

Ardıcıl ikinci ildir Nigeriyada silahlı dəstələrin mülki şəxslərə qarşı hücumlarının sayında ciddi artım müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul qarşılığında girov götürür, mal-qara oğurlayır, sakinləri qorxudur, pul tələb edirlər. Rəsmi qurumlar geniş yayılmış cinayətin öhdəsindən gəlmək üçün xüsusi polis və ordu bölmələrindən istifadə etmək məcburiyyətində qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR