Nigeriyada silahlılar 140 məktəblini girov götürüb

Nigeriyada silahlılar 140 məktəblini girov götürüb
# 05 iyul 2021 16:24 (UTC +04:00)

Nigeriyada silahlılar 100-dən çox məktəblini girov götürüb.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, silahlılar Nigeriyanın şimal qərbində Kaduna əyalətində internat məktəbinə hücum edərək 140 şagirdi girov götürüb.

Kaduna əyalətindəki Bethel Baptist Liseyinin müəllimi Emmanuel Paul AFP-yə açıqlamasında bildirib ki, girov götürülən uşaqlardan yalnız 25-i qaça bilib.

"Şagirdlərin hara aparıldığına dair hələ bir fikrimiz yoxdur", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR