Nigeriyada yaraqlıların islah mərkəzinə hücumu nəticəsində 800-dən çox məhbus qaçıb

Nigeriyada yaraqlıların islah mərkəzinə hücumu nəticəsində 800-dən çox məhbus qaçıb
# 24 oktyabr 2021 00:05 (UTC +04:00)

Nigeriyada bir qrup yaraqlı ölkənin cənubunda yerləşən islah mərkəzinə hücum edərək məhkəməyə qədər həbsdə saxlanılan 800-dən çox məhbusu qaçırıb.

APA-nın məlumatına görə, bu barədə Oyo həbsxanasının sözçüsü Olanrevadju Anjorin açıqlamasında bildirib.

Onun sözlərinə görə, oktyabrın 22-də axşam saatlarında yaraqlılar Oyo şəhərindəki islah mərkəzinə hücum edərək həbsxana divarını partladıblar: “Mühafizəçilərlə yaraqlılar arasında atışma baş verdi. 837 məhbus qaçdı. Polis ötən saatlarda onlardan 262-ni tutaraq geri qaytarmağa nail olub. Lakin hələ də 575 nəfər azadlıqdadır”.

Anjorin əlavə edib ki, dövlət qüvvələri qaçan məhbusların hamısını islah mərkəzinə qaytarmaq üçün səylərini gücləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR