Nigeriyanın paytaxtında iğtişaşlara görə 57 nəfər saxlanılıb

Nigeriyanın paytaxtında iğtişaşlara görə 57 nəfər saxlanılıb
# 29 sentyabr 2021 07:39 (UTC +04:00)

Nigeriya polisi paytaxt Abuca şəhərində Nigeriya Şiə İslam Hərəkatının 57 fəalını həbs edib. Onlar şəhərin mərkəzinə bitişik Qvarinpa rayonunda böyük iğtişaşlar törətməkdə günahlandırılır.

APA xəbər verir ki, bu barədə Nigeriyanın “Daily Post” qəzeti təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

“Polis ordu və təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkat üzvlərinin nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu və müxtəlif xidmətlərin normal fəaliyyətini pozduğu Qvarinpada normal həyatı bərpa edib”, - deyə paytaxt polisinin nümayəndəsi Adex Jozefin bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən silah götürülüb, “onlar təhlükəsizlik qüvvələrinə “Molotov kokteyli” və daş atıblar”.

Saxlanılanlardan 18-i qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR