Qvineya qiyamçılarının lideri prezidentin onların nəzarətində olduğunu bildirib

Qvineya qiyamçılarının lideri prezidentin onların nəzarətində olduğunu bildirib
# 06 sentyabr 2021 08:22 (UTC +04:00)

Qvineyada hərbi qiyamçıların lideri polkovnik Mamadi Dumbuya ölkə prezidenti Alfa Kondenin təhlükəsiz bir yerdə nəzarət altında olduğunu söyləyib.

APA xəbər verir ki, polkovnik Dumbuya bu barədə “Fransa 24” telekanalına bildirib.

“Prezident, artıq həkim tərəfindən müayinə olunub. Narahatçılığa heç bir səbəb yoxdur”, deyə polkovnik vurğulayıb: “Ordu hakimiyyətlə "oynamaq" və ya "zarafat etmək" niyyətində deyil və ölkəyə kömək etmək üçün keçmiş hökumətin səhvlərini düzəltmək istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR