Somalidə “Əhli-Sünnə vəl-Camaa” radikal qruplaşması Quriel şəhərini yenidən geri alıb

Somalidə “Əhli-Sünnə vəl-Camaa” radikal qruplaşması Quriel şəhərini yenidən geri alıb
# 24 oktyabr 2021 00:32 (UTC +04:00)

“Əhli-Sünnə val-Camaa” radikal silahlı dəstəsi şənbə günü Somalinin mərkəzində yerləşən Quriel şəhərini yenidən ələ keçirib.

APA “Somali Guardian” portalına istinadən xəbər verir ki, silahlılar səhər saatlarında yenidən əks hücuma keçiblər.

Hakimiyyət qüvvələrinin Qalmuduq ştatındakı "Danab" birliyinin komandiri Abdiladif Ahmed Ulusovun döyüşlərdə öldürüldüyü bildirir.

“Agence France-Presse”in məlumatına görə, küçə döyüşlərində 12 nəfər öldüb.

Qeyd edək ki, radikal birləşmələr oktyabrın 1-də Quriel şəhərini ələ keçirsə də hakimiyyət qüvvələrinin hücumu nəticəsində geri çəkilməyə məcbur olmuşdular.

Məlumat üçün bildirək ki, “Əhli-Sünnə vəl-Cəmaa” qruplaşması 2008-ci ildə “Əl-Qaidə” terror şəbəkəsi ilə əlaqəsi olan “Əş-Şəbab” yaraqlılarına qarşı birgə mübarizədə Somali Silahlı Qüvvələrinə yardım edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR