Somalidə prezident sarayının yaxınlığına bir neçə mərmi atılıb

Somalidə prezident sarayının yaxınlığına bir neçə mərmi atılıb
# 11 iyul 2021 06:39 (UTC +04:00)

Somalinin paytaxtı Mogadişoda ölkə prezidentinin rəsmi iqamətgahının yaxınlığında minaatanlardan atılmış azı dörd mərmi partlayıb.

APA xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media Network” xəbər portalı məlumat yayıb.

Məlumata görə, partlayışlar iqamətgahın yaxınlığında yerləşən evlərə ziyan vurub. Xəsarət alanlarla bağlı hələlik bir məlumat yoxdur.

Öz növbəsində yerli “Goobjoog News” xəbər portal mərmilərin prezident sarayının yaxınlığında yerləşən otel və məktəb binasına dəydiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR