Somalidə terror aktı nəticəsində ən azı 20 nəfər ölüb

Somalidə terror aktı nəticəsində ən azı 20 nəfər ölüb
# 15 iyun 2021 14:21 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasında terror-kamikadzenin özünü partlatması nəticəsində ən azı 20 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə yerli “Goobjoog News” portalı məlumat yayıb.

Bildirilib ki, terrorçu-kamikadze orduya çağırılan yeni çağırışçılar sırasında olub. İlkin məlumata görə, terror qurbanlarının əksəriyyəti mülki şəxslərdir.

İndiyə qədər heç bir qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR