Bu gün Somalinin paytaxtı Moqadişo şəhərində kamikadze tərəfindən avtomobilin partladılması nəticəsində ən azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" (AFP) yayıb.
"Əksəriyyəti mülki vətəndaşlar olan səkkiz nəfərin avtomobilin partladılması nəticəsində öldüyü və yeddi nəfərin yaralandığı təsdiqlənib", - deyə hadisənin baş verdiyi Hamar-Cacab rayonunun komissarı Mukavi Ahmed Mudi qeyd edib.
Şahidlərin sözlərinə görə, avtomobil prezident sarayının təhlükəsizlik məntəqəsində yoxlama zamanı partladılıb.
Agentliyin məlumatına görə, partlayışı "Əş-Şəbab" radikal qrupu öz üzərinə götürüb.
***
12:38
Bu gün Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib. İlkin məlumata görə, ölənlər var.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış paytaxtın El-Qab rayonundakı yolda yerləşdirilən nəzarət-buraxılış məntəqəsində baş verib. Kvartal polis və əsgərlər tərəfindən nəzarətə götürülüb.