Somalinin paytaxtında partlayış törədilib, ölənlər var - YENİLƏNİB

Somalinin paytaxtında partlayış törədilib, ölənlər var - YENİLƏNİB
# 12 oktyabr 2021 23:53 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişonun mərkəzində kamikadzenin özünü partlatması nəticəsində azı 5 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media Network” xəbər portalı məlumat yayıb.

Məlumata görə, partlayış kafenin içərisində baş verib. 5 nəfər hadisə yerində ölüb, daha 6 nəfər yaralanıb.

***

Saat 20:24

Somalinin paytaxtı Moqadişu şəhərində kamikadze restoranların birində özünü partladıb.

APA xəbər verir ki, bu barədə “Garowe” xəbər portalı məlumat yayıb.

Məlumata görə, bir neçə nəfərin ölməsi barədə məlumat daxil olub, yaralılar var.

Bildirilir ki, restoran sıx yaşayışlı Fəqəh məhəlləsinin yaxınlığındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR