Sudanda baş vermiş avtoqəzada 8 nəfər ölüb

Sudanda baş vermiş avtoqəzada 8 nəfər ölüb
# 13 sentyabr 2021 04:17 (UTC +04:00)

Sudanın cənub-şərqində, Əl-Cəzirə əyalətindəki avtomobil şosesində mikroavtobus qəzaya uğrayıb. Nəticədə azı 8 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, mikroavtobus Əl-Kamlin şəhəri yaxınlığında yük maşını ilə toqquşub. Bildirilir ki, qəzaya səbəb sürücülərin sürət həddini aşmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR